SİYASƏT


Türkiyənin “Milliyet” qəzetində Ulu Öndərə həsr olunan məqalə dərc edilib

İstanbul, 10 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Türkiyənin “Milliyet” qəzetində Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın inkişafında və dünyanın qabaqcıl ölkələri arasında yer tutmasında Ümummilli Liderin əvəzsiz xidmətləri qeyd edilib.

Baş konsul müasir Azərbaycan Respublikasının qurucusu, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevi onun dünyaya əmanət etdiyi əsərləri ilə yad etməyin hər birimizin borcu olduğunu qeyd edib. O, Azərbaycanın müstəqil dövlət olaraq inkişaf etməsi, güclənməsi və dünya dövlətləri sırasında qürurla yerini tutmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, zəngin idarəçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyev bir çox sahələrdə olduğu kimi, müasir Azərbaycan diplomatiyasının da qurucusudur.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.