DÜNYA


Türkiyənin Muğla vilayətində baş verən yanğınla əlaqədar bir nəfər saxlanılıb

İstanbul, 1 avqust, AZƏRTAC

Türkiyənin Muğla vilayətinin Milas rayonunda baş verən yanğınla əlaqədar bir nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fəlakət zonasına səfəri zamanı bildirib.

"Bu, təxribatdırsa, günahkarları cəzalandırmaq bizim borcumuzdur", - deyə Prezident Ərdoğan vurğulayıb.

Son məlumatlara əsasən, yanğınlar ölkənin cənubundakı 6 vilayətdə, o cümlədən turistik bölgələrdə hələ də davam edir. Alovların yaşayış bölgələrinə yaxın ərazilərə yayılması səbəbindən iyulun 31-də Bodrumda üç otel və çox sayda ev boşaldılıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.