DÜNYA
Türkiyənin Mülki Aviasiya Təşkilatı səmada olan “Boeing 737 Max 8” təyyarələrini geri çağırıb
Ankara, 12 mart, AZƏRTAC
“Türk Hava Yolları”nın (THY) balansında olan 3 “Boeing 737 Max 8” sərnişin təyyarəsi uçuşu başa vurmadan geri çağırılıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, buna səbəb Türkiyə Mülki Aviasiya Təşkilatının qərarı olub. Bildirilir ki, İstanbul Atatürk Hava Limanından səmaya qalxaraq Böyük Britaniyaya istiqamət götürən 3 təyyarənin geri qaytarılmasına səbəb martın 10-da “Efiopiya Hava Yolları”na məxsus “Boeing 737 Max 8” və eyni tipli təyyarələrin bundan əvvəlki qəzalarıdır.
Qeyd edək ki, hazırda THY-nin balansında 12 ədəd “Boeing 737 Max 8” təyyarəsi var.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara