SİYASƏT


Türkiyənin Naxçıvan şəhərinə təyin edilmiş yeni baş konsulu patent sənədini Xarici İşlər Nazirliyinə təqdim edib

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycanın Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyə Respublikasının Naxçıvan şəhərinə təyin edilmiş yeni baş konsulu Mehmet Emin Kiraz ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüş əsnasında Mehmet Emin Kiraz baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə baş konsula gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.