DÜNYA
Türkiyənin “Oruç Reis” gəmisini müşayiət edən hərbi donanmanın komanda mərkəzinin fəaliyyəti yoxlanılıb
Ankara, 14 avqust, AZƏRTAC
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılığı ilə Silahlı Qüvvələrin rəhbər heyəti “Oruç Reis” kəşfiyyat-axtarış gəmisini müşayiət edən hərbi donanmanın komanda idarəetmə mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, nazir Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüz, Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbal ilə birlikdə donanmanın fəaliyyətini və müvafiq prosedurları izləyiblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]