DÜNYA


Türkiyənin “Oruç Reis” gəmisinin Aralıq dənizinin şərqində fəaliyyət müddəti başa çatıb

İstanbul, 30 noyabr, AZƏRTAC

Avqustun 10-dan etibarən Aralıq dənizinin şərqində “Demre” sahəsində seysmik araşdırmalar aparan Türkiyənin “Oruç Reis” kəşfiyyat-axtarış gəmisinin bölgədəki fəaliyyət müddəti başa çatıb. Gəmi 2 ölçülü 10 min 955 kilometrlik seysmik məlumat toplayaraq Antalya limanına qayıdıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

“Ataman” və “Cengiz Han” gəmiləri ilə birlikdə seysmik araşdırmalar aparan “Oruç Reis” kəşfiyyat-axtarış gəmisi kontinental sahə və təbii resurs axtarışları başda olmaqla, 2 və 3 ölçülü bir sıra araşdırmalar aparmaq imkanı olan mexanizmlərə malikdir. Belə ki, bu gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyədək isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır. “Oruç Reis” dünyada tam təchizatlı və çoxməqsədli nadir araşdırma gəmilərindən biridir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.