SİYASƏT
Türkiyənin Qars şəhərində Ulu Öndərin xatirəsi yad edilib
İstanbul, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Türkiyənin Qars şəhərindəki Heydər Əliyev Parkında Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.
Azərbaycanın Qarsdakı baş konsulluğu tərəfindən təşkil olunan tədbirdə diplomatlar, rəsmi şəxslər, şəhər ziyalıları, KİV və QHT təmsilçiləri iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin abidəsi önünə güllər düzülüb.
Sonra Qarsdakı diplomatik nümayəndəliyimizdə baş konsul Nuru Quliyev yerli ictimaiyyətin nümayəndələrinə ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul