ELM VƏ TƏHSİL


Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti Təhsil Nazirliyində olub

Bakı, 19 oktyabr, AZƏRTAC

Təhsil nazirinin müavini Firudin Qurbanov Türkiyənin Qazi Universitetinin incəsənət kafedrasının müdiri Alev Çakmakoğlu Kurunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Firudin Qurbanov Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb.

Nazir müavini Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümündə Qazi Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Anadoludan Qafqaza ermənilərin həyata keçirdiyi mədəni soyqırımı” mövzusunda konfransın və “Eşidilməyən Xocalı harayı” adlı beynəlxalq sərginin təşkil edilməsinə, Türkiyə və digər ölkələrdə Qarabağla bağlı davamlı tədbirlərə, o cümlədən sərgidə nümayiş olunan əsərlərin Azərbaycana hədiyyə edildiyinə görə Alev Kuruya minnətdarlığını bildirib.

Qonaq Türkiyə ilə Azərbaycanın tarixi birliyindən danışıb, fəxri professor adı ilə təltif edildiyinə görə Təhsil Nazirliyinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə təşəkkürünü bildirib.

Səfər çərçivəsində Quba rayonunda olan Türkiyə nümayəndə heyəti Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və digər tarixi yerləri ziyarət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.