DÜNYA


Türkiyənin Qızıl Aypara Cəmiyyəti dünyanın 51 ölkəsində qurban kəsəcək

İstanbul, 11 avqust, AZƏRTAC 

Türkiyənin Qızıl Aypara Cəmiyyəti dünyanın 51 ölkəsində qurban kəsəcək.

AZƏRTAC xəbər verir, xeyirsevər vətəndaşların dəstəyi ilə həyata keçirilən kampaniyaya bayram namazından sonra start verilib.

Kəsilən qurbanlıqların Türkiyə də daxil olmaqla, dünyanın 51 ölkəsində ehtiyacı olan 4,5 milyon insana paylanması nəzərdə tutulur.

Türkiyədə kəsiləcək qurbanlıqların bir hissəsi bişirilib qovurma halına salınaraq 800 qramlıq qablaşdırmalarda sahiblərinə çatdırılacaq.

Bu il ilk dəfə olaraq 5 və 10 kiloqramlıq qablaşdırmalarda da ətlərin paylanması nəzərdə tutulub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.