DÜNYA


Türkiyənin Samsun şəhərində 1919 metr uzunluğunda bayraqla yürüş keçirilib

Ankara, 14 may, AZƏRTAC

Türkiyənin Samsun şəhərində 2019-cu ilin bahar oyunları festivalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Türkiyədə milli qurtuluş mübarizəsinin başlanmasının 100-cü ildönümü münasibətilə keçirilən festivalın açılışında 1919 metr uzunluğunda Türkiyə bayrağı ilə yürüş keçirilib.

Qeyd edək ki, mayın 19-da Türkiyədə milli qurtuluş mübarizəsinin 100-cü ildönümü dövlət səviyyəsində təntənə ilə qeyd olunacaq. Yüz il əvvəl Türkiyə dövlətinin banisi Mustafa Kamal Paşa Samsun şəhərinə gələrək ölkəni işğaldan xilas etmək üçün xalqı səfərbər edib. Bu şərəfə Türkiyədə 19 may Atatürkü anma, gənclik və idman bayramı kimi qeyd olunur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.