DÜNYA


Türkiyənin Şanlıurfa şəhərində 37 bina karantinə alınıb

Ankara, 23 iyun, AZƏRTAC

Türkiyənin Şanlıurfa şəhərində yeni növ koronavirus (COVID-19) səbəbindən 37 bina karantinə alınıb.

AZƏRTAC xəbər verir ki, şəhər mərkəzi də daxil olmaqla, Karaköprü, Haliliyə, Eyyübiyə, Siverək, Suruç və Viranşəhir rayonlarında vətəndaşlarda kütləvi COVID-19 infeksiyasına yoluxma halı qeydə alınıb. Karantinə götürülən binalarda rejim 14 gün müddətinə davam edəcək.

Qeyd edək ki, hazırda Türkiyədə infeksiyaya gündəlik yoluxma 1200 nəfərdən yuxarıdır. Son bir həftədə yoluxma və ölüm sayında enmə yoxdur. Ona görə də, qoruyucu maskadan istifadə etmək infeksiya ilə mübarizədə sərtləşdirilmiş qaydalar sırasına daxildir. Ölkənin 48 vilayətində evdən kənardakı bütün yerlərdə, 33 vilayətdə isə qapalı məkanlarda tibbi maska taxmayanlara 900 türk lirəsi (təxminən 130 dollar) məbləğində cərimələr tətbiq olunur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.