DÜNYA


Türkiyənin Səhiyyə naziri: normallaşma prosesi qaydalara uyğun aparılmasa risklər arta bilər

Ankara, 4 iyun, AZƏRTAC

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə nəticəsində böyük nəticələr əldə olunub. Normallaşma prosesi qaydalara uyğun aparılmasa məlum pandemiya ilə bağlı riskləri arta bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə son vəziyyəti nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin iyunun 3-də keçirilən iclasından sonra deyib. Nazir sosial həyatdakı normallaşma prosesinə dair tətbiq olunan qaydalar, o cümlədən tələb olunan qadağalar barədə ictimaiyyəti məlumatlandırıb.

Nazir bildirib ki, bu gün ərzində ölkə 52 min 305 nəfər testdən keçirilib. Bu göstərici indiyə qədər aparılan ən yüksək test sayıdır. Yoxlanılan şəxslərdən 867-si xəstə çıxıb. Gün ərzində 931 nəfər sağalıb, 24 nəfər dünyasını dəyişib.

Bildirilib ki, bu vaxtadək 2 milyon 155 min 349 nəfər koronavirus testindən keçirilib. Hazırda 612 nəfər reanimasiyada, 261 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır. İndiyədək bu virusdan 4 min 609 xəstə dünyasını dəyişib, 130 min 852 xəstə sağalıb.

Nazir diqqətə çatdırıb ki, pandemiyanın yayılması ilə bağlı əsas tələblər dəyişməzdir: ictimai yerlərdə ara məsafəsini qorumaq, maska taxmaq və təmizliyə əməl etmək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.