DÜNYA
Türkiyənin Siirt bölgəsində neft yataqlarının olması ehtimalı böyükdür
Ankara, 5 fevral, AZƏRTAC
Türkiyənin Siirt bölgəsində qazılan su quyularından götürülən neft qarışıqları müayinəyə göndərilib.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ərazidə qazıntı işləri bölgənin su təminatını həll etmək məqsədi ilə aparılıb. Quyunun 715 metrliyində əldə olunan mineralların tərkibində karbohidrogen maddələr olduğu aşkarlanıb. Götürülən nümunələr müayinə üçün “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinə göndərilib. Hazırda bölgədəki Eruh rayonunda qazma işləri davam etdirilir. Yaxın bölgələrdə neft yataqları olduğu üçün Siirtdə də karbohidrogen ehtiyatlarının olması ehtimalı böyükdür.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]