DÜNYA
Türkiyənin Şırnak vilayətində 5 PKK terrorçusu məhv edilib
İstanbul, 19 iyul, AZƏRTAC
Türkiyə Hərbi Hava Qüvvələri ölkənin Şırnak vilayətinin Uludere rayonun Andaç bölgəsində terror hazırlığında olan PKK mənsublarını bombalayaraq zərərsizləşdirib.
Terrorçuların yerləşdiyi bölgə və onların hərəkət istiqaməti pilotsuz aparatlarla müəyyən olunub. Nəticədə 5 PKK terrorçusu məhv edilib. Digər bir açıqlamaya görə, iyulun 13-də İraqın şimalında qırıcıların həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində məhv edilən 3 terrorçudan biri PKK-nın təhlükəli simalarından olan Hasan Çakmakdır. Van bölgəsində həyata keçirilən əməliyyatda isə PKK məxsus cəbbəxana ələ keçirilib.
Antiterror əməliyyatları davam edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]