Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türkiyənin “TEKFEN İnşaat” şirkətinin prezidenti Levent Kafkaslıdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə “TEKFEN İnşaat” şirkəti adından və şəxsən öz adımdan ən xoş arzularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Bu qələbə Azərbaycan xalqının Zati-alinizə bəslədiyi sonsuz etimadın göstəricisidir. Azərbaycan xalqı bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətinizə səs verərək azad və demokratik Azərbaycan Respublikasının xoşbəxt və firavan gələcəyini təmin etdi.

Sizin siyasətiniz nəticəsində uğurla inkişaf edən, ildən-ilə müasirləşən, beynəlxalq nüfuzunu gündən-günə artıran, xarici sərmayələr üçün açıq olan Azərbaycan Respublikasında nümunəvi sabitlik şəraitində 23 ildən artıq bir müddətdə irimiqyaslı layihələr həyata keçirməkdən qürur duyan bir şirkət kimi gələcəkdə də dost və qardaş Azərbaycanın inkişafına xidmət etməyə hazır olduğumuzu bildiririk.

Möhtərəm cənab Prezident, Sizi yenidən ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının əmin-amanlığı, tərəqqisi, rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaq yolunda böyük uğurlar və əzmkarlıq arzulayıram.

Dərin hörmət və ehtiramla,

 

Levent Kafkaslı

Türkiyənin “TEKFEN İnşaat” şirkətinin prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin