Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türkiyənin “TEKFEN İnşaat” şirkətinin prezidenti Levent Kafkaslıdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Milli bayramınız – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə Zati-alinizə və Azərbaycan xalqına “TEKFEN İnşaat” şirkəti adından və şəxsən öz adımdan ən səmimi arzularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin böyük əməyiniz sayəsində həyata keçirilən və qardaş Azərbaycan xalqının milli maraqlarını əks etdirən siyasət nəticəsində Azərbaycan dünya miqyasında layiqli yer tutaraq, beynəlxalq birliyin fəal və nüfuzlu üzvünə çevrilmişdir. İldən-ilə müasirləşən, beynəlxalq nüfuzunu gündən-günə artıran, xarici sərmayələr üçün getdikcə daha açıq olan Azərbaycan Respublikasında nümunəvi sabitlik şəraitində 23 ildən çoxdur irimiqyaslı layihələri gerçəkləşdirməkdən qürur hissi keçirən bir şirkət kimi, gələcəkdə də dost və qardaş Azərbaycanın daha sürətli inkişafı naminə xidmət etməyə hazır olduğumuzu bildiririk.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı xalqın sevincini paylaşaraq, bu əlamətdar və tarixi hadisəyə həsr olunmuş Tekfen Filarmoniya Orkestrinin “100 il” adlı konsertinin təşkil ediləcəyindən şərəf duyuruq.

Möhtərəm cənab Prezident, Sizi bir daha təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, şərəfli fəaliyyətinizdə böyük uğurlar, Azərbaycan Respublikasına daim sülh, rifah və əmin-amanlıq arzulayıram.

Dərin hörmət və ehtiramla,

Levent Kafkaslı

Türkiyənin “TEKFEN İnşaat” şirkətinin prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin