DÜNYA
Türkiyənin Van bölgəsində üç hərbçi şəhid olub
Ankara, 11 sentyabr, AZƏRTAC
Türkiyə təhlükəsizlik qüvvələrinin ölkədə keçirdiyi antiterror əməliyyatları zamanı Vanın Çatak rayonu ərazisində daxili qoşunların üç hərbçisi şəhid olub.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, şəhidlərdən biri zabit, ikisi isə sıravi əsgərdir.
Qeyd edək ki, bölgədə aviasiyanın dəstəyi ilə keçirilən “İldırım-10 Norduz” antiterror əməliyyatının ardından terrorçularla hərbçilər arasında atışma olub. Nəticədə üç terrorçu zərərsizləşdirilib. Əməliyyat davam etdirilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]