İQTİSADİYYAT


Türkiyənin “Zorlu Holding”i Azərbaycanın tekstil sənayesində layihələr icra edəcək

Bakı, 19 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyi ilə “Zorlu” Holdinq arasında anlaşma memorandumu imzalanıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyətinə, investisiyalar sahəsində əməkdaşlığa münbit şərait yaratdığını vurğulayıb. Bildirilib ki, qardaş Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdəndir. İqtisadiyyat Nazirliyi və “Zorlu Holding” arasında imzalanan memorandum investisiya tərəfdaşlığının genişlənməsinə əlavə imkanlar açır. Belə ki, “Zorlu Holding” tərəfindən Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşu ilə layihələr icra olunacaq, bu layihələrin reallaşmasına İqtisadiyyat Nazirliyi lazımi dəstək göstərəcək.

Tədbirdə reallaşdırılacaq layihələrin, yatırılacaq sərmayələrin ölkəmizə, iqtisadiyyatımıza fayda gətirəcəyinə, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan və Türkiyə iqtisadi əlaqələrini daha da möhkəmləndirəcəyinə əminlik ifadə olunub.

“Zorlu Holding”in İdarə Heyətinin sədri Əhməd Nazif Zorlu rəhbərlik etdiyi şirkətin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru üçün prioritet olan sahələrində irimiqyaslı layihələr həyata keçirəcəyindən məmnunluq və qürur hissi keçirdiyini bildirib, bu sahədə görüləcək işlər barədə məlumat verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.