MƏDƏNİYYƏT


Türkiyənin akademik orkestri Bakıda çıxış edəcək

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Türkiyənin Başkənd Akademik Orkestri çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil ediləcək konsertin solistləri türkiyəli ifaçılar olacaq.

Konsert çərçivəsində Xalq Artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Q.Qarayev adına Dövlət Simfonik Orkestri də çıxış edəcək.

Konsert proqramında dahi bəstəkarın və bir sıra dünya bəstəkarlarının əsərlərinə müraciət ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.