DÜNYA


Türkiyənin bəzi hava yolu şirkətlərinin iş rejimində dəyişikliklər edilib

İstanbul, 8 may, AZƏRTAC

Türkiyənin Ali Seçki Komissiyasının İstanbulda bələdiyyə seçkilərinin ləğv olunması və səsvermənin yenidən aparılması qərarından sonra ölkənin bəzi hava yolu şirkətlərinin iş rejimində dəyişikliklər edilib.

AZƏRTAC xəbər verir ki, Türk Hava Yollarından verilən məlumata görə, seçkiyə yaxın tarixlərə alınan təyyarə biletlərinin dəyişdirilməsi asanlaşdırılıb. Belə ki, 2019-cu il mayın 6-dan iyunun 26-dək olan tarixlərə alınmış təyyarə biletləri mayın 15-dək, bəzi biletlər isə mayın 31-dək əlavə xərc tələb edilmədən dəyişdiriləcək.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.