DÜNYA


Türkiyənin bir neçə şəhərində antiterror əməliyyatı keçirilib

Ankara, 7 fevral, AZƏRTAC

Türkiyənin Konya, İzmir və Van şəhərlərində FETÖ/PDY və PKK/KCK terror təşkilatlarına qarşı antiterror əməliyyatları keçirilib.

AZƏRTAC xəbər verir ki, Konyanın Baş Prokurorluğu aparılan istintaqlar nəticəsində FETÖ/PDY terror təşkilatlarının üzvü hesab olunan 10 nəfərin həbsinə qərar verib. İzmirdə, eyni zamanda, həyata keçirilən antiterror əməliyyatlarında PKK/KCK terror təşkilatlarının 13 mənsubu tutulub.

Bundan başqa, Van şəhərində hakim qarşısına çıxarılan 15 şübhəlidən 13-ü PKK/KCK ilə əməkdaşlıqda təqsirli bilinərək məhkəmə salonunda həbs olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.