İQTİSADİYYAT
Türkiyənin daha bir iqtisadi qurumu Azərbaycana dəstək nümayiş etdirib
Bakı, 1 oktyabr, AZƏRTAC
Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) sədri Cəvahir Uzkurt Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məktub göndərib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, məktubda deyilir: “Sentyabrın 27-dən başlayan hadisələri KOSGEB də diqqətlə izləyir. Ermənistanın mülki əhali arasında itkilərə yol açan təxribatını şiddətlə qınayan KOSGEB-in sədri Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq üçün haqlı müdafiəsini dəstəklədiklərini qeyd edir. Bu dönəmdə Azərbaycana dəstəyimiz tamdır”.
KOSGEB-in sədri Azərbaycan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olanlara Allahdan rəhmət, yaralılara isə tez bir zamanda şəfa diləyib.