DÜNYA


Türkiyənin daha üç bölgəsində yanğınlar nəzarət altına alınıb

İstanbul, 1 avqust, AZƏRTAC

Türkiyənin Mersin vilayətinin Silifke rayonunda iki yanğın nəzarət altına alınıb. Beləliklə, son dörd gündə Mersin vilayətində söndürülən yanğınların sayı səkkizə çatıb. Antalyanın Qazipaşa və Muğlanın Bodrum rayonlarında baş verən yanğınlar da nəzarət altına alınıb. Hazırda soyutma işləri davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli sosial media hesabındakı paylaşımında bildirib.

İyulun 29-u səhər saatlarından başlayaraq Silifke rayonunda meydana gələn meşə yanğını bölgədə əsən güclü külək nəticəsində digər bölgələrə də yayılıb və təsirini bütün gecə davam etdirib. Alov müxtəlif məntəqələrə yayıldığı üçün bölgəyə əlavə qruplar cəlb olunub. Gecə ərzində davam edən söndürmə işləri gərgin səylərdən sonra nəticə verib və yanğınlar nəzarət altına alınıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.