DÜNYA


Türkiyənin ərazi sularında üç fərqli bölgədə miqrantlar xilas edilib

Ankara, 6 avqust, AZƏRTAC

Türkiyənin Sahil Mühafizə Qüvvələri ölkənin ərazi sularında fərqli istiqamətlərdə qanunsuz miqrantları daşıyan üç qayığı təhlükədən xilas edib.

AZƏRTAC xəbər verir ki, İzmirin Dikili sahillərində 42, Karaburunda 40, Çanaqqalanın Ayvacıq rayonu ərazisində 37 nəfərin olduğu üç rezin qayıq sahilə çıxarılıb.

Bildirilir ki, Dikili sahilindəki qayıq batmaq təhlükəsi ilə üzləşib. Yunanıstan tərəfi ərazi sularında miqrantları daşıyan qayıqları müəyyənləşdirən kimi onları Türkiyənin ərazi sularına qovur ki, bu da əksər hallarda ağır faciələrə səbəb olur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.