İQTİSADİYYAT


Türkiyənin ikinci ixrac qatarı Çinə çatıb

Bakı, 6 yanvar, AZƏRTAC

Türkiyədən Çinə ixrac yükləri daşıyan ikinci konteyner qatarı artıq Sian şəhərinə çatıb.

“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, blok qatarı hər biri 40 futluq olmaqla 42 konteynerdən ibarətdir. Konteynerlər Çin ilə Avropa arasında dəmir yolu üzrə yükdaşımaların mərkəzi rolunu oynayan Siana 16 günə çatdırılıb.

Qeyd edək ki, Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk qatar Qazaxıstanla sərhədə 10 gün ərzində çatmışdı. Bu, daşımanın operatoru olan Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) şirkətlərinin yaxşı əlaqələndirilmiş işi sayəsində mümkün olub.

Türkiyədə istehsal edilmiş məhsulları Çinə daşıyan konteyner qatarları ayda 2 dəfə olmaqla müntəzəm hərəkət edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.