Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Türkiyənin ilk qadın vəkili - azərbaycanlı Sürəyya Ağaoğlu VİDEO

İstanbul, 28 dekabr, AZƏRTAC

Türkiyə Cümhuriyyəti qurulduqdan sonra bu ölkənin banisi, qardaş xalqın ulu öndəri Mustafa Kamal Atatürk siyasətinin prioritetlərindən biri də türk qadınını önə çəkərək onları cəmiyyətə qazandırmaq idi. Məhz bundan sonra qardaş Türkiyədə bir çox qadın müxtəlif sahələr üzrə adını ilklər siyahısına yazdıra bildi. Bu xanımlardan biri də Türkiyənin ilk qadın vəkili azərbaycanlı Sürəyya Ağaoğludur.

Sürəyya xanım 1903-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ölkəmizin ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlib. Beşuşaqlı ailənin ilk övladı olan Sürəyya xanımın atası Əhməd bəy 1905-ci ildə çar hökumətinə və erməni daşnaklarına qarşı mübarizə aparmaq məqsədilə gizli “Difai” təşkilatını yaradır. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizli yaşayır. Sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında Vətəni tərk etməyə məcbur olan Əhməd bəy İstanbula köçür. Bundan sonra 1910-cu ildə Əhməd bəy Ağaoğlunun ailəsi, eləcə də Sürəyya xanım ömürlük Vətəni tərk edir.

Atasının ideoloji düşüncələri və tutduğu vəzifələr səbəbindən onun uşaqlıq və gənclik illəri Türk Ocağının ziyalıları, eləcə də Mustafa Kamal Atatürkün yaxın dostları arasında keçir. Uşaqlıdan vəkil olmağı arzulayan Sürəyya xanım ictimai-siyasi proseslərin fonunda böyüyür və öz fikirləri ilə məktəbdə də seçilir. Hətta ingilis işğalı zamanı kiçik Sürəyya yoldaşlarını da toplayaraq oxuduğu liseyin üzərində dalğalanan ingilis bayrağını çıxarır və yerinə türk bayrağı asır. Onu buna görə danlayan ingilis zabitinə “Sizin ölkənizi birisi işğal etsəydi eyni davranışı göstərməzdinizmi?”, - deyə sual verir və zabit bu sözlərin qarşısında sadəcə cavab vermədən çıxıb gedir.

Sürəyya xanım 1920-ci ildə İstanbul Qızlar Liseyini bitirdikdən sonra 1921-ci ildə hüquq fakültəsində təhsil almaq üçün Darülfünuna - hazırkı İstanbul Universitetinə müraciət edir. O, İstanbul Universitetinin Hüquq fakültəsinə müraciət edən ilk qadın tələbə olmaqla, fakültənin qız tələbələrə açılmasında aparıcı rol oynayıb. Belə ki, universitetə yanında iki rəfiqəsini də gətirən Sürəyya xanım bu ali təhsil müəssisəsində Hüquq fakültənin qız tələbələr üçün açılmasına müvəffəq olur. Bununla da Sürəyya xanım türk dünyası tarixində hüquq fakültəsinə daxil olan ilk qadın tələbə olur.

1925-ci ildə eyni fakültəsindən məzun olan Sürəyya xanımın bu uğuru Avropada hüquqşünaslar arasında böyük marağa səbəb olur və ona Rokfeller Fondu tərəfindən Parisdə üç aylıq seminar keçmək təklif olunsa da Türkiyə tərəfi bu səfərə icazə vermir.

Mustafa Kamal Atatürk ilə Əhməd bəy Ağaoğlu arasında sıx dostluq münasibətləri var idi və bu səbəbdən də onlar mütəmadi olaraq bir-birinin evlərini ziyarət edirdilər. Həmin vaxtlar universiteti yeni bitirən və Ankara Ədalət Sarayında staj keçən Sürəyya xanım günorta yeməklərini yeyə bilmək üçün bölgədə bunun üçün yeganə yer olan İstanbul yeməkxanasına gedir. Bu, oradakı insanlar tərəfindən böyük qalmaqala çevrilir. Belə ki, o zamanlar belə yeməkxanalara qadınların daxil olması yaxşı qarşılanmırdı. Sürəyya xanım ziyarətlərin birində bu hadisə barədə Mustafa Kamal Atatürkə məlumat verir. Söhbət əsnasında Əhməd bəy Ağaoğlunun məsələ ilə bağlı narazılığını dəstəkləyən Mustafa Kamal Atatürk ertəsi gün günorta yeməyini ailəsi ilə birgə yemək məqsədilə onu evinə dəvət etmək üçün Sürəyya xanımı götürməyə gedir. Sürəyya xanım bunu çaşqınlıq və sevinclə qarşılayır. O, maşına oturduqdan sonra hərəkət edən avtomobil həmin İstanbul yeməkxanasının yanından keçərkən Atatürk birdən sürücüyə saxlamağı əmr edib. Millət vəkili Salih bəy təlaşla onlara yaxınlaşdıqda isə Atatürk hamının eşidə biləcəyi bir səslə ona “Bu gün Sürəyyanı evimizə aparıram, amma sabah bura gələcək, yeməyini bu yeməkxanada yeyəcək”, - deyir.

Bu hadisənin ertəsi gün Sürəyya Ağaoğlu rəfiqəsi ilə İstanbul yeməkxanasına gedir və ilk dəfə olaraq bir neçə millət vəkilinin xanımı ilə burada nahar etdiklərini görür.

Sonradan Sürəyya xanım Ankarada Tənzimat Dövlət Şurasında işə başlayır və 1927-ci il dekabrın 5-də Ankara Vəkillər Kollegiyasında qeydiyyata alınır. 1928-ci ildə fərdi iş lisenziyasını alaraq Türkiyənin, eləcə də bütün türk dünyasının ilk qadın vəkili kimi tarixə düşən Sürəyya xanım həyatı boyu vəkillik karyerasını davam etdirir.

Kimsəsiz və qayğıya ehtiyacı olan uşaqlara yardım göstərmək məqsədilə 1948-ci ildə Türkiyənin bir çox tanınmış iş adamını evinə dəvət edən Sürəyya Ağaoğlu bu məqsədlə Türkiyə tarixində ilk dəfə “Sürəyya Ağaoğlu Uşaq Dostları” dərnəyini yaradır. Elə bu məqsədlə də Sürəyya xanım özünə məxsus əraziləri iş adamlarına verərək bu uşaqlar üçün sığınacaq tikdirir. Hazırda bu binanın fəaliyyəti sayəsində 450-dən artıq tələbə təqaüd alır.

Həyatı boyunca insanlar arasında din, dil, irq anlayışını qəbul etməyən Sürəyya xanım 1950-ci illərin əvvəllərində alman hüquqşünas Verner Taşenbrekerlə ailə qurur. Onların bu izdivacdan övladları olmur. Bu nikah 1960-cı illərdə dağılsa da, onların arasındakı dostluq münasibətləri ömürlərinin sonuna qədər davam edir.

İngilis və fransız dillərini bilən Sürəyya Ağaoğlu peşəkar həyatı boyunca bir çox beynəlxalq konfranslarda Türkiyəni təmsil edib. 1946-cı ildə etdiyi cəhdlər nəticəsində İstanbul Vəkillər Kollegiyasının Beynəlxalq Vəkillər Kollegiyasına üzv olmasını təmin edir, 1946-1960-cı illərdə bu birliyin idarə heyətinin yeganə qadın üzvü olaraq qalır. Sonralar o, Beynəlxalq Qadın Hüquqşünaslar Assosiasiyasının üzvü, Qadın Hüquqşünaslar İttifaqının BMT-nin Cenevrə Təşkilatındakı nümayəndəsi, Hüquqşünas Qadınlar Federasiyasının vitse-prezidenti seçilir.

O, 1961-1973-cü illərdə qardaş ölkədə fəaliyyət göstərən Yeni Türkiyə Partiyasına daxil olaraq siyasi həyata addım atır və partiyanın İstanbul şəhər təşkilatının sədri seçilir.

1980-ci ildə uzun illərdən sonra Sürəyya xanım doğma Vətəninə - Azərbaycana gəlir.

Ağaoğlu ailəsinin üzvü Nigar Axundova bu səfərlə bağlı xatirələrini AZƏRTAC ilə bölüşərək deyib: “1980-ci illərin əvvəlində Sürəyya xanımın Bakıya gəlməsi ilə bağlı Nazirlər Şurasından bizə xəbər gəldi. Bizim üçün gözlənilməz xəbər idi və çox həyəcanlı idik. Nəhayət ki, bir-birimizə qovuşmaq üçün belə bir fürsət yaranmışdı, sevincimizin həddi-hüdudu yox idi. Bu, Sürəyya xanım üçün də gözlənilməz oldu. O, Bakıda bu qədər qohumunun olduğunu bilmirdi. Hamımızla mehribanlıqla görüşdü. Bu, bizim ailəmiz üçün çox əlamətdar hadisə idi. Bu səfərdən sonra biz davamlı olaraq bir-birimizlə əlaqə saxlayırdıq. O, Şuşaya getməyi çox istəyirdi, lakin bu, ona qismət olmadı”.

Sürəyya Ağaoğlu sonuncu dəfə 1989-cu il dekabrın 29-da İstanbulda “Qadın haqları və müasirləşmə” mövzusunda konfransda iştirak edir. Konfransın keçirildiyi binadan çıxarkən pilləkənlərdən yıxılan Sürəyya xanım beyin qanaması keçirərək həyata gözlərini əbədi olaraq yumur.

Sürəyya xanımın vəfatından sonra bir sıra dövlətlərin rəsmiləri tərəfindən onun vəqfinə başsağlığı mesajları göndərilir.

Sürəyya Ağaoğlu qardaş Türkiyədə bir sıra mühüm qeyri-hökumət təşkilatlarının - “Türkiyə qadın hüquqşünaslar”, “Universitetli qadınlar”, “Azad fikirləri yayma”, “Türk-Amerika universitetləri” və “Uşaq dostları” dərnəkləri, eləcə də “Soroptimistlər İstanbul klubu” və s. yaradılmasında iştirak edib. O, hüquq və digər mövzularda bir neçə məqalənin, o cümlədən “Londonda gördüklərim” və “Bir həyat belə keçdi” kitablarının müəllifidir. Hazırda İstanbulun mərkəzi bölgələrindən olan Şişli rayonunda küçələrdən birinə Sürəyya xanımın adı verilib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Türkiyənin ilk qadın vəkili - azərbaycanlı Sürəyya Ağaoğlu VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib