MƏDƏNİYYƏT


Türkiyənin ilk robot aktrisası ictimaiyyətə təqdim edilib

İstanbul, 2 iyun, AZƏRTAC

Türkiyənin ilk robot aktrisası Aypera “Contemporary Istanbul” sənət mərkəzində nümayiş etdirilir.

AZƏRTAC xəbər verir ki, layihəsi “MinT Dizayn Mərkəzi” tərəfindən hazırlanan Ayperanın iştirakı ilə “Digital Human” filmini çəkəcəyini bildirən rejissor və ssenarist Birol Güven robot aktrisanın filmlərdə və reklamlarda çəkiləcəyini, mahnı söyləyəcəyini bildirib. Rejissor layihənin hazırlanmasında əsas məqsədin onu dünyada tanıdaraq, eləcə də ixracatını həyata keçirmək olduğunu deyib.

Robotun hazırlanmasında 15 mütəxəssis iştirak edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.