İQTİSADİYYAT


Türkiyənin kiçik və orta müəssisələrlə bağlı təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatı (KOSGEB) ilə sıx əməkdaşlıq edir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində iştirak etmək məqsədilə Bakıda səfərdə olan KOSGEB rəhbəri Hasan Basri Kurt agentlikdə olub. Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovla təşkil olunmuş görüşdə KOBİA və KOSGEB arasında mövcud əlaqələrə, hər iki ölkədə KOB sahəsində tətbiq olunan dəstək mexanizmlərinə və yeniliklərə, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.