MƏDƏNİYYƏT


Türkiyənin məşhur qrupu Bakıda konsert verəcək

Bakı, 2 avqust, AZƏRTAC

Türkiyənin məşhur canlı performans qrupu “Duman” oktyabrın 26-da Bakıda konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, “Elektra Event Hall”da reallaşacaq konsertdə qrup bir-birindən gözəl ifalarla pərəstişkarlarının görüşünə gələcək.

2000-ci illərin əvvəllərindən gənclərin sevimlisi olan “Duman” əyləncəli və coşqulu səhnə əsərləri ilə tanınır.

Biletləri şəhərin bütün kassalarından, “ASAN xidmət” mərkəzlərindən və www.iticket.az saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.