DÜNYA


Türkiyənin milli texnologiya hərəkatının banisi Özdemir Bayraktar vəfat edib VİDEO

İstanbul, 18 oktyabr, AZƏRTAC

Türkiyənin milli texnologiya hərəkatının banisi, milli silahlı pilotsuz uçuş aparatları (SİHA) istehsalçısı olan “Baykar” şirkətinin idarə heyətinin sədri Özdemir Bayraktar uzun sürən xəstəlikdən sonra oktyabrın 18-də 72 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, aviasiyaya marağı səbəbi ilə xüsusi pilot sertifikatı olan Özdemir Bayraktar Türkiyənin pilotsuz uçuş aparatları texnologiyalarının memarı hesab edilir.

Qeyd edək ki, Özdemir Bayraktarın oğulları da “Baykar” şirkətinin rəhbərliyində təmsil olunur. Onun böyük oğlu Haluk “Baykar” şirkətinin baş direktoru, Selçuk isə texniki direktorudur.

Özdemir Bayraktar və oğlu Haluk “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar TB2” SİHA-larının Qarabağın işğaldan azad olunmasında mühüm rolu ilə əlaqədar 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Qarabağ” ordeni ilə təltif edilib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.