Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türkiyənin müstəqil güc olmaq strategiyası: yeni mərhələnin başlanğıcı

Türkiyənin müstəqil güc olmaq strategiyası: yeni mərhələnin başlanğıcı

Bakı, 6 avqust, AZƏRTAC

“Newtimes.az” portalında “Türkiyənin müstəqil güc olmaq strategiyası: yeni mərhələnin başlanğıcı” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Çağdaş geosiyasətdə proseslərin sürəti və mürəkkəbliyi mütəxəssislər tərəfindən etiraf edilir. Bu dinamikanın fonunda dünya siyasətində yeni güclərin formalaşması məsələsi də aktuallığını saxlamaqdadır. O cümlədən ekspertlər Türkiyənin qlobal geosiyasi mühitdə hansı rolu oynaya biləcəyi və hansı yeri tutacağı ilə bağlı proqnozlar verirlər. Müşahidələr göstərir ki, onlar arasında məsələyə obyektiv yanaşanlar elə də çox deyil. Əksəriyyət hesab edir ki, Türkiyə hansısa böyük geosiyasi gücün yanında yer almalıdır. Bunun fonunda isə Ankaranın özünün qlobal müstəqil güc olmaq şansı haqqında fikir bildirilmir. Əslində, bizcə, məsələnin maraqlı və reallığa uyğun tərəfi elə bundan ibarətdir. Bu tezis çərçivəsində Ankaranın qarşısına hansı məqsədi qoyduğuna geniş aspektdə baxmağa ehtiyac görürük.

Dəyişən zaman və siyasət: Ankara yeni hədəflərə doğru

Son zamanlar ekspertlər Türkiyənin beynəlxalq aləmdə oynadığı rol və tutduğu yer haqqında tez-tez fikir bildirirlər. Onların əksəriyyətində belə bir tezis ifadə edilir: “Türkiyəni kimsə itirir və kimsə qazanır”. Özlüyündə maraqlı yanaşmadır. Çünki reallıqda Türkiyə qlobal miqyasda fəallıq nümayiş etdirir və əsas olaraq müstəqil addımlar atır. Məsələn, Ankara Suriya məsələsində qətiyyət göstərir, terrorla mübarizədə kimsədən icazə almır, Yaxın Şərqdə aktiv siyasət yeridir, Qərblə münasibətlərində milli maraqları gözləyir və eyni zamanda, Rusiya ilə əlaqələrini gücləndirir.

Bir neçə il əvvəl isə belə deyildi. Ankara faktiki olaraq Qərbin siyasi, iqtisadi və hərbi çətiri altında yaşayırdı. Bəs hansı səbəblərdən Qərbin siyasi dairələri Türkiyənin fəallığına qısqanclıqla yanaşır, ekspertlər isə gah ABŞ, gah Avropa, gah da Rusiya faktoru prizmasından Ankaranın fəaliyyətinə qiymət verməyə çalışırlar. Məsələn, Böyük Britaniyanın “The Times” nəşri dərc etdiyi məqaləyə “Qərb Türkiyəni itirməyə hazırdırmı” başlığını qoyub. Türkiyəni kim itirir və ya Türkiyə niyə itir? Nə üçün Türkiyənin geosiyasi mövqeyinə başqa böyük güclərin maraqları müstəvisində baxılır? Hansı səbəblərdən Ankaranın artıq müstəqil böyük geosiyasi güc olduğunu qəbul etmək istəmirlər?

Məsələnin mahiyyəti, əslində, bu suallarla bağlıdır. Bir qədər konkret səviyyədə düşünək. Məsələn, Rusiya mətbuatı məlum təyyarə hadisəsindən sonra Türkiyə haqqında çox alçaldıcı, təhqiramiz şəkildə daim başqalarının göstərişi ilə oturub-duran bir ölkə kimi yazırdı. Əslində, ondan əvvəl də Ankara haqqında Rusiya siyasi və ekspert dairələrinin fikri yüksək deyildi. Türkiyəni böyük siyasətdə yeri olmayan ikinci dərəcəli dövlət kimi təqdim etməyə çalışırdılar. Erməni mediası da məhz bu çərçivədə Türkiyə haqqında olduqca qərəzli və əsassız fikirlər ortaya atırdı.

Qərbdə isə münasibət fərqli idi. İndi aydın olur ki, Qərbin Rusiyaya nisbətən az qərəzli münasibətinin arxasında “Türkiyə onsuz da bizimlədir və biz idarə edirik” arxayınçılığı vardı. Doğrudan da, Türkiyə NATO üzvü kimi təhlükəsizliyini Qərbə etibar etmişdi, hərbi sənayesi demək olar ki, ondan asılı idi, xüsusilə havadan müdafiə sistemi tamamilə NATO-nun çətiri altında idi, Avropa və Amerikadan iqtisadi asılılıq böyük idi, uzun illər idi ki, Türkiyə Avropa İttifaqının qapısı ağzında gözlədilirdi.

Lakin bunların fonunda gizli olaraq başqa proseslər də gedirdi. Məlum Kipr hadisələri zamanı Qərbin Türkiyəyə embarqo tətbiq etməsi, açıqca yunan tərəfini müdafiə etməsi və hətta Türkiyəni yalnız buraxması Ankaranı düşünməyə məcbur etmişdi. Həmin hadisədən sonra Türkiyə özünün hərbi sənaye sistemini gücləndirməyə başladı. Bunlar illər keçdikcə Qərbin prinsipial məsələlərdə Türkiyəni müdafiə etməməsi fonunda daha aktual xarakter almağa başladı. Aydın idi ki, Türkiyə Qərbin hərbi və iqtisadi çətirindən çıxmasayadı, tam müstəqil hərəkət edə bilməyəcəkdi. Bunun üçün isə öncə siyasi rəhbərlik müstəqil olmalı idi. Uzun illər bu istiqamətdə gizli mübarizə getdi. Turqut Özal, Möhsün Yazıçıoğlu, Nəcməddin Ərbakan, bir neçə general və başqaları həmin mübarizənin qurbanları oldular.

Nəhayət, Türkiyə XXI əsrin başlanğıcında siyasi müstəqilliyə doğru ciddi addımlar atdı. Ölkə tədricən Qərbdən hərbi asılılığını azaltdı. Hazırda Türkiyə ordusunun 79-80 faizi yerli istehsal olan silahlarla təmin edilir. Pilotsuz uçan hərbi tipli aparatları Amerika, İsrail və Avropa ölkələri vermədilər. Türkiyə özü istehsal etdi. Raketlər, havadan müdafiə silahları və başqa müasir silahlar yerli oldu.

Bu kontekstdə Türkiyə uzun mənzilli havadan müdafiə sistemlərinə ciddi ehtiyac duydu və Rusiyadan S-400-ləri almaq qərarına gəldi. Çünki başda Amerika olmaqla, Qərb analoji silahları verməkdən imtina etdi. Bundan başqa, Qərbdə müəyyən dairələr 2016-cı ildə Türkiyədə dövlət çevrilişi etməyə cəhd göstərdi. Ancaq uğursuz oldu. Türkiyəni iqtisadi-maliyyə cəhətdən çökdürmək planı da iflasa uğradı.

Qlobal güc: Türkiyənin imkanları və reallıq

Bütün bunlardan sonra sular yavaş-yavaş durulmağa başladı. Artıq nə Qərb, nə də Rusiya mediası “Türkiyə kimdir?” sualı ilə analizə başlamır. Əvəzində, indiki mərhələdə Türkiyənin hansı geosiyasi düşərgədə olmalı olduğu haqqında tezislər irəli sürülür. Yuxarıda vurğuladığımız “Türkiyəni kim itirir və kim qazanır?” sualı da həmin kontekstdə qoyulur. Əvvəllər olduğu kimi, onlar indi də yanılırlar. Çünki Türkiyə kimin yanında olmaq məsələsi ilə deyil, kimlərin Türkiyənin yanında olacaqları məsələsi ilə məşğuldur.

Ankara müstəqil böyük güc kimi fəaliyyət göstərir və addım-addım bu istiqamətdə uğur qazanır. İndi bütün dünya inanır ki, Türkiyəsiz Suriya məsələsini həll etmək mümkün deyil. Bir neçə il öncə isə Amerika, Avropa və Rusiya bu faktı qəbul etmirdilər. Onlara elə gəlirdi ki, hansısa zərbə ilə Türkiyəni yerində oturda biləcəklər. Türkiyə isə onların hər birinə bunun tam yanlış olduğunu sübut etdi. İndi rusiyalı general deyir ki, Türkiyə İdlibdən müxaliflərin çıxarılmasını təmin etməlidir. Bu o deməkdir ki, hərbi əməliyyatlarla bunu edə bilmirlər. Və yaxud ABŞ Suriyada təhlükəsizlik zolağının yaradılmasını türklərlə müzakirə etməyə məcburdur. Onlar, üstəlik, YPG/PKK məsələsində çətinliklərlə üzləşiblər. Türkiyə tələb edir ki, terror qruplarına yardımları dayandırsınlar. Son olaraq Ankara Suriyada müstəqil qaydada hərbi əməliyyat keçirəcəyini bəyan etdi.

Bu proseslərin fonunda İraqın şimalında Ərbil şəhərində türk diplomatın qətlə yetirilməsindən sonra Ankaranın apardığı əməliyyat nəticəsində ABŞ-ın PKK-ya verdiyi silahları terrorçulara çatdıran iraqlı iş adamı Şimali İraq hüquq-mühafizə orqanları tərəfindən həbs edildi. Bu, Vaşinqtonun terrorçularla bağlantılarının detallarına çatmaq üçün ciddi addımdır.

Əlbəttə, bütün bunlar müxtəlif dairələrdə Türkiyənin regional və qlobal güc olaraq hansı mövqedə olduğuna dair müzakirələri daha da artırır. Belə görünür ki, Türkiyənin geosiyasi mövqeyi ilə bağlı yeni səviyyədə qiymətləndirmə mərhələsi başlayır. Hazırda Qərb və Rusiya ekspertləri Ankaranın Moskva və Vaşinqton arasında seçim etdiyi iddiasını ortaya atırlar. Bu məqamda da səhv edirlər.

Türkiyə tam müstəqil geosiyasi güc kimi özünü təsdiqləməkdədir. Bu o demək deyil ki, Ankara kimsə ilə hesablaşmır və ya kimlərəsə diktə etməyə çalışır. Qətiyyən elə deyil. Türkiyə sadəcə dünyaya öz maraqlarının olduğunu və onları təmin etmək üçün kifayət qədər gücə malik olduğunu nümayiş etdirir. Bu cür müstəqillik digər böyük güclərlə qarşıdurma və konfrontasiya deyil, əksinə, bərabərhüquqlu və faydalı dialoqa dəvətdir. Ankara regionda və dünyada sülhün, inkişafın və ədalətin bərqərar olması üçün kifayət qədər güclü olmalıdır.

Yuxarıda vurğuladığımız məqamların işığında Türkiyənin kiminsə yanında olmaq seçiminin olmadığını aydın görürük. Ankara müstəqil və ədalətli addımlar atmaqla dünya siyasətində öz mövqeyini gücləndirir. Bu səbəbdən kimsə onun ABŞ və ya Rusiya seçimini etməkdə olduğunu deyirsə, haqlı görünmür. O cümlədən S-400-ləri Rəcəb Tayyib Ərdoğanın növbəti dövlət çevrilişlərinin qarşısını almaq üçün gətirdiyini söyləmək də qərəz və sadəlövhlükdür. Həmin sistemlər Türkiyə dövlətinin səmasını hər bir təcavüzdən qorumaq üçündür və onlar tək olmayacaqlar. Türkiyə beşinci nəsil qırıcılar istehsal etməyə hazırlaşır, Fransa və İtaliya ilə birgə özünün havadan müdafiə sistemini yaradır, iqtisadiyyatını inkişaf etdirir, cəmiyyətini gücləndirir, idarəetmədə islahatları dərinləşdirir. Türkiyə həm də daxilini kənar qüvvələrə işləyənlərdən ciddi surətdə təmizləyir.

Aydın görünür ki, bir sıra dairələr Türkiyənin inamla irəlilədiyindən narahatdırlar. Onlar dünyada qüvvələr nisbətini dəyişə biləcək bir gücün meydana gəldiyinin fərqindədirlər. Əlbəttə, kimsə Türkiyənin dünya lideri olacağı xülyasına düşməyib. Lakin Ankaranın qlobal miqyasda söz sahibi olmağa potensialı kifayət qədərdir. Həm də bu, müsbət hadisədir, çünki dünya siyasətində ədalətin yeri və rolu arta bilər. Təcrübə bunu göstərir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO