DÜNYA


Türkiyənin müxtəlif rayonlarında meşə yanğınları baş verib

İstanbul, 9 sentyabr, AZƏRTAC

Türkiyənin Adana, Antalya və Çanaqqala rayonlarında yerləşən meşəlik ərazilərdə yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, yanğınlar Çanaqqalanın Gelibolu, Antalyanın Aksu və Adananın Pozantı rayonlarında meydana gəlib.

Alovun söndürülməsi üçün ərazilərə yanğınsöndürən maşınlarla yanaşı helikopterlər də cəlb olunub.

Xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.