MƏDƏNİYYƏT
Türkiyənin nazir müavini: Fikrət Əmirovun əsərlərinin tanıdılması Azərbaycan musiqisinin tərənnümüdür VİDEO
Bursa, 4 noyabr, AZƏRTAC
Bursada keçirilən “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalı çərçivəsində Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun əsərlərindən ibarət möhtəşəm konsert proqramının təşkil olunması mühüm mədəniyyət hadisəsidir. Əksəriyyətini ilk dəfə dinlədiyimiz bu əsərlərin Türkiyədə səhnə alması ibrətamizdir. Göründüyü kimi salon tamamilə dolu idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhmət Misbah Dəmircan açıqlamasında ifadə edib.
“Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”, - fikri ilə konsert barədə düşüncələrini bölüşən nazir müavini əminliklə ifadə edib ki, türk dünyasını bir araya gətirən istənilən mədəniyyət layihəsi xalqlarımızın görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində mühüm əhəmiyyət daşıyır. Fikrət Əmirovun əsərlərinin tanıdılması Azərbaycan musiqisinin tərənnümüdür.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa