DÜNYA


Türkiyənin nümayəndəsi UNESKO-nun Baş Konfransının sədrliyinə seçilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Türkiyənin UNESKO yanında daimi nümayəndəsi Əhməd Altay Çingiz təşkilatın Baş Konfransının sədrliyinə seçilib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında noyabrın 12-27-də Parisdə keçiriləcək 40-cı Baş Konfransın sədrliyinə namizədlərin təsdiq olunması üzrə UNESKO-nun İdarə Heyətində səsvermə keçirilib. Türkiyənin səfiri ispaniyalı rəqibindən çox səs toplayaraq bu vəzifəyə seçilib. İdarə Heyətində səsvermənin nəticələri tövsiyə xarakteri daşıyır və qalib gəlmiş namizədlər noyabrın 12-də öz işinə başlayacaq konfransda təsdiq olunacaq.

Bəyanatda qeyd olunur ki, iki ildən bir keçirilən UNESKO-nun Baş Konfransı təşkilatın ali orqanıdır. Sədrliyə seçilən diplomatların təcrübəsi və peşəkarlığı əsas meyar kimi götürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.