DÜNYA


Türkiyənin orta təhsil sistemi yenidən fəaliyyətə başlayıb

İstanbul, 7 iyun, AZƏRTAC

Türkiyədə COVID-19 pandemiyası səbəbindən müvəqqəti fasilə verilən orta təhsil sistemi yenidən fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, postpandemiya dövrünə addım atan Türkiyə məktəb və liseylərində bu gün növbəti dəfə ilk zəng çalınıb. Ölkənin bütün böyük şəhər və rayonlarında orta təhsil məktəbləri həftədə iki, əhalinin daha az məskunlaşdığı bölgələrdə isə beş gün olmaqla fəaliyyət göstərəcək. Bir ildən artıqdır ki, fasilələrlə fəaliyyət göstərən təhsil sistemində yaranan boşluqları aradan qaldırmaq məqsədilə qardaş ölkədə orta təhsil sisteminin fəaliyyətinin yaz boyunca davam etdirilməsi planlaşdırılır.

Dərs öncəsi ölkənin bütün orta təhsil müəssisələrində dezinfeksiya işləri aparılıb, sinif otaqları pandemiya qaydaları çərçivəsində yenidən qurulub.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın ölkənin ali təhsil sistemi ilə bağlı verdiyi son açıqlamaya əsasən Türkiyə universitetlərinin sentyabrın 13-dən etibarən fəaliyyətə başlaması gözlənilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.