İDMAN
Türkiyənin qadın üzgüçüləri festivalda çempion olublar
Bakı, 23 iyul, AZƏRTAC
XV Avropa Gənclər Olimpiya Festivalında qadınlar arasında 400 metr məsafəyə sərbəst və 200 metr məsafəyə batterflay üsulla üzmə yarışlarının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Türkiyə atleti Beril Böcekler 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışında finişə rəqiblərindən tez çataraq çempion olub.
Freya Kolbert (Böyük Britaniya) ikinci, Marqarita Varulnikova (Rusiya) üçüncü pillədə qərarlaşıblar.
Qadınlar arasında 200 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışlarında isə Sofiya Sartori (İtaliya) qızıl, Merve Tuncel (Türkiyə) gümüş, Sofi Friman (Böyük Britaniya) bürünc medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.07.2019 [19:31]
“EYOF Bakı 2019”: Azərbaycanın idman tarixində növbəti parlaq səhifə
- 28.07.2019 [02:09]
Roman Kartanoviç: Bakıda uğur qazandığıma görə çox xoşbəxtəm
- 28.07.2019 [00:15]