CƏMİYYƏT


Türkiyənin səfiri: Qardaş Azərbaycanın dəstəyi bizim üçün çox dəyərlidir VİDEO

Türkiyənin səfiri: Qardaş Azərbaycanın dəstəyi bizim üçün çox dəyərlidir VİDEO

Bakı, 14 fevral, AZƏRTAC

Qardaş Azərbaycanın dəstəyi bizim üçün çox dəyərlidir. Bütün vətəndaşlara, sahibkarlara, Heydər Əliyev Fonduna, Fövqəladə Hallar Nazirliyinə təşəkkür edirik.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı fevralın 14-də keçirilən brifinqdə deyib.

Səfir diqqətə çatdırıb ki, indiyədək Azərbaycandan 5600-dən çox çadır, 25 min adyal, 737 ton ərzaq və sair yardım edilib.

Yardım üçün geyimə ehtiyac qalmadığını diqqətə çatdıran Cahit Bağçı isidici, tibbi ləvazimatlar göndərilməsinin məqsədəuyğun olduğunu bildirdi.

Azərbaycanın öz xəstəxanalarını yaralılar üçün təklif etdiyini xatırladan səfir Türkiyənin və Azərbaycanın şad gündə də, ağrılı gündə də bir yerdə olduğunu bildirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.