İDMAN


Türkiyənin sərbəst güləş üzrə gənclərdən ibarət millisi Bakıda təlim-məşq toplanışını davam etdirir

Bakı, 16 may, AZƏRTAC

Türkiyənin sərbəst güləş üzrə gənclərdən ibarət millisi Bakıda təlim-məşq toplanışı keçir.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, paytaxtda yığmamızla birgə hazırlıq prosesi davam edir.

Olimpiya Güləş Mərkəzində keçirilən birgə təlim-məşq toplanışı mayın 24-dək davam edəcək. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer aldığı hazırlıq prosesi qarşıdan gələn yarışlara, o cümlədən iyunun sonu - iyulun əvvəllərində Almaniyanın Dortmund şəhərində keçiriləcək gənclərin Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.