DÜNYA


Türkiyənin sərhəd bölgəsində zərərsizləşdirilən terrorçuların sayı 22-yə yüksəlib

Türkiyənin sərhəd bölgəsində zərərsizləşdirilən terrorçuların sayı 22-yə yüksəlib

İstanbul, 17 avqust, AZƏRTAC

Türkiyənin Şanlıurfa vilayətində terrorçular tərəfindən türk əsgərlərinə edilən hücumdan sonra başlayan cavab əməliyyatı nəticəsində bölgədə zərərsizləşdirilən terrorçuların sayı 22-yə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirib.

Məlumatda əməliyyatın davam etdiyi qeyd olunub.

Xatırladaq ki, avqustun 16-da Türkiyənin Şanlıurfa vilayətində yerləşən Çiçəkalan Sərhəd Polis Məntəqəsində terrorçular tərəfindən türk əsgərlərinə minaatanla hücum edilib. Hadisə nəticəsində iki əsgər həlak olub.

 
Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.