DÜNYA


Türkiyənin şərq bölgəsində zəlzələ olub

Bakı, 12 aprel, AZƏRTAC

Türkiyənin şərq bölgəsində Rixter cədvəli üzrə 5.2 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin (AFAD) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 8:31-də Elazığ vilayətinin şərqində baş verib. Zəlzələnin episentri həmin vilayətin Sivricə rayonunun 9,4 kilometrliyində olub.

Elazığ valisi Çətin Oktay Kaldırım bildirib ki, zəlzələ nəticəsində heç bir tələfat yoxdur. Onun sözlərinə görə, bölgəyə xilasedicilər göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.