DÜNYA


Türkiyənin təhlükəsizlik qüvvələri 13 terrorçunu zərərsizləşdirib

İstanbul, 23 iyul, AZƏRTAC 

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının son iki gündə keçirdiyi antiterror əməliyyatları nəticəsində ölkənin Hakkari və Ərzincan bölgələrində, İraqın şimalındakı Avaşin-Basyan ərazisində 11 terrorçu zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, Ərzincanda daha 2 terrorçu arteriya atışı ilə məhv edilib. Terrorçuların fəallaşması ilə əlaqədar Hakkari vilayətinin 3 rayonunda komendant saatı elan olunub.

Suriyadan Türkiyəyə keçən PYD/PKK terror təşkilatının üzvü olan 2 terrorçu Şanlıurfada təhlükəsizlik qüvvələrinə təslim olub.

Başqa bir rəsmi məlumatda isə bildirilir ki, iyulun 22-də Suriyanın Kobani bölgəsindən Türkiyəyə keçən iki PKK/PYD mənsubu Suruç ərazisində yaxalanıb.

Antiterror əməliyyatları davam edir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.