DÜNYA


Türkiyənin təhlükəsizlik qüvvələri daha bir terrorçunu İraqda zərərsizləşdirib VİDEO

İstanbul, 19 iyun, AZƏRTAC

Türkiyə Milli Təhlükəsizlik Təşkilatının (MİT) keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatını idarə edən şəxslərdən daha biri Fərhad Derik ləqəbli terrorçu Hüseyn Şibli İraqın Süleymaniyyə şəhərində zərərsizləşdirilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Hüseyn Şibli PKK-nın Kabildəki rəhbər şəxsləri tərəfindən terrorçuluq fəaliyyəti üçün İraqa yönləndirilib.

Bildirilir ki, əslən suriyalı olan bu şəxs PKK-nın başçısı Abdullah Öcalanın Suriyada olduğu dövrdə PKK sıralarına daxil olub. Hələb, Gara və Kandildə terrorçuluq fəaliyyətləri göstərən Hüseyn Şibli 2019-cu ildə PKK-nın Suriya üzrə əsas simalarından biri olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.