ELM VƏ TƏHSİL


Türkiyənin təhsil işçiləri Peşə Təhsili üzrə Dövlət Agentliyində olublar

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan və Türkiyə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi məqsədilə ölkəmizdə səfərdə olan Ankara, İstanbul, İzmir və Antalya şəhərlərinin təhsil idarələrinin rəhbər heyətindən ibarət nümayəndələr Peşə Təhsili üzrə Dövlət Agentliyində olublar.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Görüş zamanı qonaqların diqqətinə çatdırılıb ki, Azərbaycanda peşə təhsilinin inkişafı dövlət siyasətinin bir hissəsi olaraq daim diqqətdə saxlanılır. Agentliyin direktor vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov iki ölkə arasında peşə təhsili sahəsində davam edən əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin və müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlərin peşə təhsilinin inkişafı baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra qonaqlar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olublar. Mərkəzdə yaradılan şərait haqqında onlara ətraflı məlumat verilib. Qeyd olunub ki, peşə təhsil müəssisəsində əsasən İKT, avtomobil, mexanika, sənaye istiqamətlərinə aid ixtisaslar tədris olunur və Koreya ekspertləri tərəfindən hazırlanan və milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. Tədris otaqları və emalatxanalarla tanış olan nümayəndə heyəti müxtəlif ixtisaslarda dərs prosesinin gedişi ilə tanış olublar.

Qeyd edək ki, ötən il “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalanıb. Sözügedən sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini, Qəbələ və Bakıda Türkiyə təcrübəsi əsasında yeni peşə təhsil müəssisələrinin qurulmasını özündə ehtiva edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.