ELM VƏ TƏHSİL


Türkiyənin təhsil sistemində dəyişikliklər edilib

İstanbul, 15 may, AZƏRTAC

Türkiyənin 2019-2020-ci illər üçün nəzərdə tutulan yeni təhsil sisteminə görə, ölkədə təhsil ili bir həftə irəli çəkilərək sentyabrın 9-da başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Ziya Selçuk 2019-2020-ci təhsil ili üçün nəzərdə tutulan yeni təhsil sistemi ilə bağlı məlumatında bildirib.

Bundan əlavə, ölkədə hər il 13 həftə davam edən yay tətilinin iki həftəsinin aprel və noyabr aylarına, hər ay bir həftə olmaqla keçirilərək qısaldılması planlaşdırılır. Bu tətillər zamanı elm, mədəniyyət, idman, gəzinti, sərgi kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.