CƏMİYYƏT
Türkiyənin tibb sahəsində tanınmış ekspertləri Bakıda seminar keçirəcəklər
Bakı, 27 oktyabr, AZƏRTAC
Dekabrın 3-də Bakıda “Medicon” şirkətinin təşkilatçılığı ilə Türkiyədən dəvət olunmuş həkimlər tərəfindən burun-qulaq-boğaz, stomatologiya və pediatriya üzrə ikigünlük seminar keçiriləcək.
“Medicon” şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, öz sahəsində sözünü demiş türkiyəli mütəxəssislərin təcrübəsindən yararlanmaq üçün seminara regionlardan həkimlərimizin qatılacağı gözlənilir. Seminarda Azərbaycan və Türkiyənin tibb sahəsində tanınmış ekspertləri fikir mübadiləsi aparacaq, öz təcrübələrini bölüşəcəklər.
Tədbirin sonunda iştirakçılar sertifikatla təltif olunacaqlar.