MƏDƏNİYYƏT


Türkiyənin turizm sektorunda bu il əldə edilən gəlir son iki ilin ən yüksək səviyyəsinə çatıb

İstanbul, 28 oktyabr, AZƏRTAC

Bu ilin 9 ayında Türkiyənin turizm sektorunda əldə edilən gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 181,8 faiz artaraq 11 milyard 395 milyon 117 min ABŞ dolları təşkil edib. Bu gəlirin 78 faizi xarici, 22 faizi isə xaricdə yaşayan türk vətəndaşları hesabına əldə olunub.

AZƏRTAC xəbər verir ki, 2021-ci ildə qardaş ölkəyə gələn ziyarətçi sayı ilin üçüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 143,4 faiz artaraq 13 milyon 640 min 672 nəfərə çatıb. Bu insanların 76,8 faizinin əsasən səyahət, əyləncə, idman və mədəni fəaliyyətlərdə iştirak məqsədilə Türkiyəyə gəldiyi bildirilir.

Bu rəqəmlərlə ölkəyə gələn ziyarətçi sayının son iki ilin ən yüksək səviyyəsinə çatdığı qeyd edilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.