MƏDƏNİYYƏT


Türkiyənin turizm tarixinin ən böyük təqdimat kampaniyası başladılıb

İstanbul, 12 oktyabr, AZƏRTAC

Türkiyənin 2023-cü ilə olan hədəfi - “75 milyon turist” üçün ölkənin turizm tarixinin ən böyük təqdimat kampaniyası başladılıb.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Təqdimat və İnkişaf Agentliyi yaradılıb.

Dövlət və özəl şirkətlərin iştirak edəcəyi kampaniyada ümumilikdə 5 milyard türk lirəsinin xərclənəcəyi nəzərdə tutulur. Bundan əlavə Türkiyənin dünyada tanıdılması məqsədilə hazırlanan videoçarxlara hər il ayrılan 18 milyon dollar vəsait kampaniya çərçivəsində bir neçə dəfə artırılıb. Ölkənin dünyada tanıdılması məqsədilə artıq 20 reklam filmi çəkilib.

Kampaniyanın əsas hədəfləri ölkəyə gələn turist sayını fəsillərdən asılı olmayaraq bərabərləşdirmək və Türkiyəyə gələn xarici vətəndaşları ölkənin 81 şəhərinə cəlb etməkdir.

Bu məqsədlə ölkənin hava, dəniz və quru yollarında fəaliyyət göstərən nəqliyyat şirkətlərinin işlərində yeniliklərin edilməsi də gözlənilir. Türkiyənin bəzi bölgələrinə sürətli qatar yolunun çəkilməsi planlaşdırılır.

Bu il start verilən kampaniyanın ilk nəticələri artıq görülür. Belə ki, son hesablamalara görə, yay ayları ərzində ölkəyə gələn xarici vətəndaşların sayında bu il 17 faiz artım müşahidə edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.