Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya əsirlərin irimiqyaslı mübadiləsi üzərində işləyir
AzerTAg.az

Kiyev, 16 yanvar, AZƏRTAC
Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya əsirlərin irimiqyaslı mübadiləsi üzərində işləyir və bu mübadilə əsasında minə yaxın əsir dəyişdirilə bilər.
AZƏRTAC Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Baş ombudsmanı Şeref Malkoç bildirib.
Onun sözlərinə görə, Türkiyənin Ombudsman İnstitutunun təşkil etdiyi danışıqlarda üç mərhələli plan razılaşdırılıb.
"Sadəcə, danışmaq kifayət deyil, addımlar atmaq lazımdır", - deyən Şərəf Malkoç İstanbuldan keçməklə mübadilə üçün "humanitar dəhliz" açmağı təklif edib.
Türkiyənin təklifi qəbul olunarsa, İstanbulda yaralı mülki vətəndaşların, əsgərlərin, qocaların, uşaq və qadınların mübadiləsi üçün “humanitar dəhliz” yaradılacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Xəbərin mətnində orfoqrafik səhv var