SİYASƏT


Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyədə səfərdədir

Ankara, 20 oktyabr, AZƏRTAC 

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti hakim Ədalət və İnkişaf Partiyasının dəvəti əsasında Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edib. AZƏRTAC xəbər verir iki, nümayəndə heyətinə Milli Məclisin deputatları Ramil Həsən və Ramin Məmmədov daxildir.

Səfər zamanı partiyalar arasında mövcud əlaqələrin inkişafı məsələləri müzakirə olunacaq.

Səfər çərçivəsində YAP-ın nümayəndə heyətinin AKP Sədrinin birinci müavini Numan Kurtulmuş, AKP-nin Baş katibi Fatih Şahin, Xarici Əlaqələr şöbəsinin rəhbəri Cevdet Yılmaz, AKP Gənclər Birliyinin sədri Ahmet Büyükgümüş, Türkiyə Respublikası Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran, həmçinin AKP-nin Türkiyə Böyük Millət Məclisindəki (TBMM) fraksiyasının sədri Cahit Özkan və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım və dostluq qrupunun üzvləri ilə görüşləri nəzərdə tutulur.

Görüşlər zamanı qarşılıqlı əlaqələrin inkişafı məsələlərinin müzakirəsi ilə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud durumu, dövlətimizin erməni işğalında olan torpaqlarımızın azad edilməsi istiqamətində apardığı fəaliyyət barədə qarşı tərəfə ətraflı məlumat veriləcək.

 

Sabir Şahtaxtı 

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.