İDMAN
Türkiyənin voleybolçu qızları festivalın bürünc medallarına sahib olublar
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də Türkiyənin voleybolçu qızları XV Avropa Gənclər Olimpiya Festivalının bürünc medallarına sahib olublar.
AZƏRTAC xəbər verir ki, Türkiyə yığması festivalın sonuncu günündə üçüncü yer uğrunda görüşdə İtaliya milli komandası isə üz-üzə gəlib. Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən qarşılaşmada türkiyəli voleybolçular 3:0 (25:23, 25:21, 25:23) hesabı ilə qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Oyunu azərbaycanlı hakim Zaur Hacıyev idarə edib.
Bu görüşlə eyni vaxtda 7-8-ci yerlər uğrunda Azərbaycan Voleybol Mərkəzində keçirilən digər qarşılaşmada Ukraynanın voleybolçu qızları Bolqarıstan seçməsini məğlubiyyətə uğradıblar – 3:0 (25:18, 25:23, 25:21).